Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib


12-04-2018, 22:36
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun keçirdiyi fərdi qəbullar artıq ənənə şəklini alıb. Vətəndaş amilini ön plana çəkən rayon rəhbərliyi demək olar ki, həftənin bütün günlərində fərdi qəbullar keçirir, rayon sakinlərini diqqətlə dinləyərək aidiyyatı üzrə tapşırıq və göstərişlər verir.

Bu gün fərdi qəbul keçirən İcra Başçısı ərizələrinə əsasən bir qrup rayon sakinini qəbul edib. Vətəndaşlar müxtəlif məsələlərlə bağlı rayon rəhbərliyinə müraciət ediblər.

Şəhər sakini, şəhid ailəsi Yusifova Fəxriyyə Aydın qızı bir otaqlı mənzilinin iki otaqla əvəz olunması ilə bağlı rayon rəhbərliyinə ərizə ilə müraciət edib. Rayon rəhbərliyi vətəndaşı diqqətlə dinlədikdən sonra onun gələcəkdə boşalacaq xəstəxana binalarının birində iki otaqlı mənzillə təmin olunması barədə göstəriş verib.

Milli Qəhrəman Şamoy Çobanovun atası, Ağköynək kəndində yaşayan Çobanov Məhyəddin İsə oğlunun Bakıda evlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı rayon rəhbərliyinə müraciəti müvafiq olaraq cavablandırılıb. İcra Başçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bununla bağlı ərizə ilə müraciət olunması barədə tapşırıq verib.

I qrup Qarabağ müharibəsi əlili Vəliyev Qərib Kərim oğlunun mənzillə təmin olunmaq barədə müraciətinə də eyni cavab verilib.
Çaylı kənd sakini Lələyev Sahib Həmid oğlu özünün işlə təmin olunması, həyat yoldaşı Lələyeva Adilə Adil qızının isə müalicə edilməsinə köməklik göstərilməsi ilə bağlı müraciətinə baxılıb. Vətəndaşları diqqətlə dinlədikdən sonra İcra Başçısı S.Lələyevin işlə təmin olunması, A.Lələyevanın isə müayinə olunması ilə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə göstəriş verib.

Şəhər sakini Osmanova Qaratel Hacımurad qızının işlə bağlı müraciətinə cavab olaraq sənədlərinin qəbul edilməsi və qeydiyyata alınması ilə bağlı tapşırıq verilib.
Kosalar kənd sakini Pənahova Aidə Seyidəli qızının kommunal məsələlərlə bağlı müraciəti də müsbət cavablandırılıb.

Daş Salahlı kənd sakini Əhmədova Lalənbər Cahangir qızı oğlu Əhmədov Seymur Novruz oğlunun işlə təmin olunması barədə müraciət edib. Ərizəsinə əsasən qəbul edilən vətandaşlara ixtisasına uyğun olaraq imtahan verməsi tövsiyə olunub.

Çaylı kənd sakini Rüstəmova Hekayət Əndiryaz qızı oğlu Rüstəmov Samir Ələddin oğlu ilə birlikdə özünə və oğluna əlillik dərəcəsinin verilməsinə köməklik göstərilməsi ilə bağlı fərdi qəbulda olub. Sakinləri diqqətlə dinləyən rayon rəhbəri müraciətdə qeyd olunan məsələ ilə bağlı aidiyyatı təşkilatın rəhbərinə göstəriş verib.

Dəmirçilər kənd sakini Əsədova Nərgiz Zülfüqar qızının ərizə ilə müraciəti də müvafiq olaraq cavablandırılıb.

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
GOYEZEN.AZ

Geri qayıt