Əsas Səhifə > Manşet / Sosial > Qazaxda icra başçısı Ağköynək kəndində aparılan abadlıq işlərinə yerində baxış keçirib
Qazaxda icra başçısı Ağköynək kəndində aparılan abadlıq işlərinə yerində baxış keçiribDünən, 15:40 |
|
Bu gün böyük bir tikinti meydançasını xatırladan Qazaxda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilir. Belə ki, evlərin dam örtükləri yenilənir, fasadı suvanaraq rənglənir, yeni hasar çəkilərək səki salınır, küçələr işıqlandırılır, bir sözlə, illərdir davam edən abadlıq-quruculuq işləri uğurla icra olunur. Noyabrın 28-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Ağköynək kəndinin ərazisindən keçən magistral yolun kənarında aparılan quruculuq işlərinin mövcud vəziyyəti ilə yerində maraqlanıb, aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Geri qayıt |