Əsas Səhifə > Manşet / Sosial > Qazaxda icra başçısı rayonda aparılan abadlıq işlərinə yerində baxış keçirib
Qazaxda icra başçısı rayonda aparılan abadlıq işlərinə yerində baxış keçiribBu gün, 20:37 |
|
Bu gün böyük bir tikinti meydançasını xatırladan Qazaxda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilir. Belə ki, evlərin dam örtükləri yenilənir, fasadı suvanaraq rənglənir, yeni hasar çəkilərək səki salınır, küçələr işıqlandırılır, bir sözlə, illərdir davam edən abadlıq-quruculuq işləri uğurla icra olunur. Noyabrın 26-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonda aparılan abadlıq işlərinə yerində baxış keçirib. Rayon rəhbəri Ağköynək kəndinin ərazisindən keçən magistral yolun kənarında aparılan quruculuq işlərinin, eləcə də şəhərin Cəlil Məmmədquluzadə (Nəriman Nərimanovdan Xanlıqlar kəndinə gedən ərazi) küçəsində, eləcə də Heydər Əliyev prospektində həyata keçirilən abadlıq işlərinin mövcud vəziyyəti ilə yerində maraqlanıb, aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. Ağköynək kəndinin ərazisindən keçən magistral yolun kənarında aparılan quruculuq işlərinə baxış
Cəlil Məmmədquluzadə (Nəriman Nərimanovdan Xanlıqlar kəndinə gedən ərazi) küçəsində aparılan quruculuq işləri
Heydər Əliyev prospektində həyata keçirilən abadlıq işləri
Yeni işıqlandırma sistemi qurulan Molla Pənah Vaqif küçəsi
Geri qayıt |