Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Gözəllik abadlıqdan başlayır
Gözəllik abadlıqdan başlayırBu gün, 10:01 |
|
Respublika mətbuatı Qazax haqqında Son illər ölkəmizin bütün bölgələrində genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilir. Bu barədə qəbul edilən proqramlar, imzalanan sərəncamlar sayəsində regionlarımızın siması dəyişir. Bunu Qazaxda aparılan abadlıq və quruculuq işlərindən də aydın görmək olar. Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanmasına, səkilərə tamet, bordür düzülməsinə, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınmasına, küçələrin işıqlandırılmasına, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işlərinin aparılmasına başlanılmışdır. Bu günlər isə Ağköynək kəndinin ərazisindən keçən magistral yolun kənarında abadlıq işlərinə start verilmişdir. Qısa vaxt ərzində kəndimizdə yol kənarları yeni görkəmə salınmış, ərazidə səliqə-sahman yaradılmışdır. İndi yaşadığımız rayonla, onun kənd və qəsəbələri ilə qürur duyuruq. Fəxr edirik ki, ölkəmiz gündən-günə abadlaşır. Həyata keçirilən bu işlər isə söz yox ki, ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. İbad MƏHƏRRƏMOV, Qazax rayonunun Ağköynək kənd sakini “Azərbaycan” qəzeti, səhifə 10 26 noyabr 2026-cı il https://www.azerbaijan-news.az/az/posts/detail/gozellik-abadliqdan-baslayir-1795649590/407852 Geri qayıt |