Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda icra başçısı və rayon prokuroru Kür çayında batdığı ehtimal olunan şəxsin axtarışları ilə bağlı həmin ərazidə olublar
Qazaxda icra başçısı və rayon prokuroru Kür çayında batdığı ehtimal olunan şəxsin axtarışları ilə bağlı həmin ərazidə olublarDünən, 19:07 |
|
Noyabrın 22-də Qazax rayonunun Birinci Şıxlı kənd sakini, 1963-cü il təvəllüdlü Məmmədov Yaqub Telman oğlunun Kür çayının Qazax rayonunun Birinci Şıxlı kəndindən keçən hissəsində çayı keçərkən batdığı ehtimal olunur. Y.Məmmədovun axtarışı Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir. Hazırda vətəndaşın axtarışı batdığı ehtimal olunan istiqamətlərdə davam etdirilir. Əlavə məlumat veriləcək. Noyabrın 22-dən, yəni hadisə baş verən tarixdən etibarən Qazax Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında fəaliyyət göstərən “Rayon Fövqəladə Hallar Komissiyası”, Qazax Rayon Polis Şöbəsi sözügedən məsələni, Y.Məmmədovun axtarışını daim diqqət mərkəzində saxlamışdır. Noyabrın 23-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Qazax Rayon Prokuroru, baş ədliyyə müşaviri Rövşən Əliyev və digər aidiyyəti qurumların nümayəndələri Birinci Şıxlı kəndində olub, Kür çayında batdığı ehtimal olunan şəxsin axtarış prosesi və bununla bağlı görülmüş işlərlə yerində maraqlanıblar. Axtarışlar RİH tərəfindən diqqət mərkəzində saxlanılır. https://fhn.gov.az/az/melumatlar/fhn-metbuat-b99bdaad
Geri qayıt |