Əsas Səhifə > Manşet / İdman > Gənclər və idman naziri Fərid Qayıbov Qazax şəhər mərkəzi stadionunun ərazisində yaradılan Qazax güləş zalında aparılan işlərlə tanış olub
Gənclər və idman naziri Fərid Qayıbov Qazax şəhər mərkəzi stadionunun ərazisində yaradılan Qazax güləş zalında aparılan işlərlə tanış olubDünən, 14:10 |
|
AGF-nin güləş infrastrukturunun yaxşılaşdırılması strategiyası çərçivəsində “Arkoz Qazax Sement Zavodu” MMC ilə birgə həyata keçirdiyi layihə regionda güləşin inkişafına, gənc idmançıların potensialının üzə çıxarılmasına və onların daha yaxşı məşq şəraiti ilə təmin olunmasına xidmət edir. Üç güləş xalçası ilə təmin ediləcək zalda fiziki hazırlıq məşqləri üçün xüsusi zona, məşqçilər otağı, soyunub-geyinmə otaqları, sanitar qovşaq və s. istifadəyə veriləcək. Gələcəkdə Qazax güləş zalında milli komandaların təlim-məşq toplanışlarının keçirilməsi və məkanın regional güləş mərkəzinə çevrilməsi hədəflənir. Bu təşəbbüsün bölgədə yeni istedadların üzə çıxarılmasına mühüm töhfə verəcəyi gözlənilir.
Geri qayıt |