Əsas Səhifə > Manşet / İdman > Qazaxda V İdman Festivalının açılış mərasimi keçirilib

Qazaxda V İdman Festivalının açılış mərasimi keçirilib


Dünən, 22:34

Noyabrın 20-də “İdman Paytaxtı” Qazax şəhərində V İdman Festivalının açılış mərasimi keçirilib.

Əvvəlcə Heydər Əliyev parkında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.

Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidovvə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov çıxış ediblər.

2026-cı ilin “İdman səfirləri” Vəfa Musayeva, Aynur Yusufova və Elçin Əsədov festival iştirakçılarına uğurlar arzulayıblar.

Tədbir musiqili proqramla davam edib. Orxan Zeynallı və Nərgiz Məcidlinin ifaları tədbirə xüsusi rəng qatıb.

Festivalda müxtəlif idman növləri üzrə idmançıların nümunəvi çıxışları nümayiş etdirilib.

Qeyd edək ki, festival noyabrın 22-də başa çatacaq.


Geri qayıt