Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı Rəcəb Babaşov və millət vəkili Səməd Seyidov Qazaxda ötən gün avtoqəza zamanı dünyasını dəyişən şəxslərin hüzr mərasimində iştirak edərək ailələrinə başsağlığı veriblər

İcra başçısı Rəcəb Babaşov və millət vəkili Səməd Seyidov Qazaxda ötən gün avtoqəza zamanı dünyasını dəyişən şəxslərin hüzr mərasimində iştirak edərək ailələrinə başsağlığı veriblər


Dünən, 21:32

Noyabrın 18-də axşam saatlarında Qazax rayonunun Aslanbəyli kəndi ərazisində Kəmərli kənd sakini, 13.12.1989-cu il təvəllüdlü Dəryahquluyev Sənan Hüseyn oğlunun idarə etdiyi “Tofaş” markalı avtomobillə Aslanbəyli kənd sakini, 06.06.1979-cu il təvəllüdlü Müsədirov İttifaq İkram oğlunun idarə etdiyi “Opel Astra” markalı avtomobil toqquşmuş, hər iki sürücü və “Tofash” markalı avtomobilin sərnişinləri, Kəmərli kənd sakinləri, 19.07.2018-ci il təvəllüdlü Dəryahquluyeva Güllər Sənan qızı, 06.01.2018-cı il təvəllüdlü Mehtili Məhəmməd Elvin oğlu dünyasını dəyişmiş, “Tofash” markalı avtomobilin digər sərnişini, Kəmərli kənd sakini, 03.03.1996-cı il təvəllüdlü Dəryahquluyeva Türkan Zahir qızı xəsarət almışdır. 

Dünyasını dəyişənlər bu gün doğulduqları Kəmərli kənd qəbiristanlığında dəfn ediliblər.

Noyabrın 19-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri,Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Kəmərli kəndində olub, mərhumların hüzr mərasimində iştirak ediblər.

İcra başçısı Rəcəb Babaşov və millət vəkili Səməd Seyidov, eləcə də hüquq-mühafizə orqanlarının rəhbərləri avtoqəza zamanı dünyasını dəyişənlərin vaxtsız vəfatından kədərləndiklərini bildirib, onların yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verib, səbir diləyiblər.


Geri qayıt