Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib


6-04-2018, 19:39
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaşları rəsmi qəbul edərək rayon sakinlərinin müraciətlərini müvafiq olaraq cavablandırıb. Rayon rəhbərliyi günün ikinci yarısında isə fərdi qəbul keçirib.

Şəhər sakini Mustafayeva Nuriyyə Məmməd qızı işlə təmin olunmaq üçün ərizə ilə rayon rəhbərliyinə müraciət edib. Vətəndaşa ixtisasına uyğun boş iş yeri olduğu bildirilib və bunun üçün imtahan verməsi məsləhət görülüb.

Xanlıqlar kənd sakini Əliyev Həmid Sadıx oğlu özünün, Çaylı kənd sakini Sanıyeva Rahilə Xəliddin qızı gəlininin, şəhər sakini Əlizadə Yusif İsmayıl oğlu isə oğlunun işlə təmin olunması barədə ərizə ilə müraciət ediblər. İcra Başçısı vətəndaşları diqqətlə dinlədikdən sonra kömək göstərilməsi barədə göstəriş verib.

Qaymaqlı kənd sakini, şair Kazımov Kazım Abdulla oğlunun yeni kitabının çap olunması ilə bağlı müraciətinə cavab olaraq İcra Başçısı kömək ediləcəyini bildirib.

Qarapapaq kənd sakini Hüseynov İsmi Sarı oğlu və həyat yoldaşı Orucova Səbinə Sabir qızının, şəhər sakini Qurbanova Nərmin Qurban qızının, Daş Salahlı kənd sakini Nəsibova Aytən Elton qızının, şəhər sakinlərindən Əhmədova Aynur Əli qızının və Rəhimova Güllüzar Seyid qızının müxtəlif səpkili müraciətləri də rayon rəhbərliyi tərəfindən müvafiq olaraq cavablandırılıb.

Elçin İSMAYIL

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Geri qayıt