Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > Qazaxda 2026-2030-cu illər üçün Dövlət Proqramının icrası ilə əlaqədar rayonun kəndlərində aqroparka və iri fermer təsərrüfatlarına baxış keçirilib
Qazaxda 2026-2030-cu illər üçün Dövlət Proqramının icrası ilə əlaqədar rayonun kəndlərində aqroparka və iri fermer təsərrüfatlarına baxış keçirilibBu gün, 19:54 |
|
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da sözügedən Dövlət Proqramında əksini tapan məsələlərin icrasına həssaslıqla yanaşılır. Bu məqsədlə Qazax Rayon İcra Hakimiyyəti başçısının 15 iyul 2026-cı il tarixli 9-23/250 nömrəli Sərəncamı ilə Qazax rayonu üzrə “2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafı” ilə bağlı Qərargah yaradılıb və “İş Planı” təsdiq edilib. Dövlət Proqtamının icrası istiqamətində məqsədyönlü işlər görülür, layihələr icra olunur, tədbirlər həyata keçirilir. Noyabrın 17-də Qazaxda 2026-2030-cu illər üçün Dövlət Proqramının icrası ilə əlaqədar rayonun İkinci Şıxlı, Birinci Şıxlı, Çaylı, Xanlıqlar kəndlərində fəaliyyət göstərən aqroparka və bir sıra iri fermer təsərrüfatlarına baxış keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci ərazi sektorunun müdiri Elvin Azadəliyev və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində Heyvandarlıq və Balıqçılıq şöbəsində şöbə müdirinin müavini-sektor müdiri Vüsal Mirzəyev rayon ərazisində fəaliyyət göstərən aqroparka və iri fermer təsərrüfatlarında olublar. Baxışın keçirilməsində əsas məqsəd dövlət proqramının icrası, rayonun aqrar potensialının artırılması, intensiv kənd təsərrüfatı texnologiyalarının tətbiqi və istehsal göstəricilərinin yerində qiymətləndirilməsidir. Baxış zamanı rayonda kənd təsərrüfatının inkişafı, məşğulluğun təmin edilməsi və istehsal həcminin artırılması istiqamətində aidiyyəti məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələr verilib. Sahibkarların, təsərrüfat sahiblərinin, fermerlərin təklifləri, müraciətləri dinlənilib.
Geri qayıt |