Əsas Səhifə > Manşet / Sosial > Vətəndaş etdiyi müraciətin müsbət həllinə görə minnətdarlıq edir
Vətəndaş etdiyi müraciətin müsbət həllinə görə minnətdarlıq edirDünən, 10:47 |
|
Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur. Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Ən əsası da vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Qazax Rayon İcra Hakmiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən edilən müraciətlər vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir. İstər elektron qaydada, istərsə də şifahi şəkildə edilən vətəndaş müraciətlərinə həssaslıqla yanaşılır, müsbət həlli istiqamətində lazımi addımlar atılaraq vətəndaş məmnunluğunun təmin olunmasına hər zaman üstünlük verilir. Qazax şəhəri Nəsrəddin Tusi küçəsi ev 52 ünvanında yaşayan Süleymanov Rövşən Sədrəddin oğlunun elektrik enerjisitəchizatı üzrə hesabında yaranmış texniki səhvinaraşdırılması barədə Qazax Rayon İcra Hakimiyyətinin elektron poçtuna ünvanladığı 12.11.2026-cı il tarixli müraciətin öz müsbət həllini tapması rayonda vətəndaş amilinin əsas götürülməsininbariz nümunəsidir. Vətəndaş da etdiyi müraciətin müsbət həllinə görə bu gün öz minnətdarlığını bildirir. 14.11.2026-cı il tarixdə vətəndaş tərəfindən ünvanlanmış sözügedən minnətdarlıq məktubunu təqdim edirik: “Hörmətli Rəcəb müəllim, Mən, Süleymanov Rövşən Sədrəddin oğlu, Qazax rayonu, Nəsrəddin Tusi küçəsi, 52 ünvanının sakini olaraq, elektron müraciətimə göstərdiyiniz yüksək diqqət və operativ dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin bilavasitə təşəbbüsünüz və tapşırığınız nəticəsində elektrik enerjisi (işıq) təchizatı üzrə hesabımda yaranmış texniki səhv dərhal araşdırılaraq aradan qaldırıldı və məsələ qısa müddətdə öz müsbət həllini tapdı. Vətəndaşların müraciətlərinə bu cür həssaslıqla və operativ şəkildə yanaşdığınız üçün Sizə və Qazax Rayon İcra Hakimiyyətinin kollektivinə bir daha təşəkkür edir, məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayıram. Dərin hörmətlə, Süleymanov Rövşən Sədrəddin oğlu Ünvan: Qazax rayonu, Nəsrəddin Tusi küçəsi, 52” Geri qayıt |