Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda icra başçısı şəhid anasının qayğıları ilə maraqlanıb

Qazaxda icra başçısı şəhid anasının qayğıları ilə maraqlanıb


Bu gün, 19:02

Ölkə Prezidenti cənab İlham Əliyev hər zaman çıxışlarında bütün sahələrdə vətəndaş amilinin əsas götürülməsini səsləndirir. Bu, hər kəsə nümunə olmaqla yanaşı, həm də dövlət məmurlarına bir ismarıcdır. O vətəndaş amili ki, ölkə başçısının rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında məhz bu amil dayanır. Dövlət başçısının söylədiyi “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, həmişə bizim siyasətimizin ana xəttini müəyyən edən istiqamətdir. Çünki mən uzun illərdir deyirəm və bunu əməli işlərdə də biz görürük ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, sadəcə olaraq, şüar deyil. Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür” sözləri bu gün hər bir dövlət məmuru üçün iş fəaliyyətlərində bir yol xəritəsidir. Bu, ölkə başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğıda hər zaman hiss edilir. Ən əsası isə bu, hər bir dövlət məmuruna nümunə olmalıdır.

Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır.

Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, şəhər və kəndlərdə səyyar görüşlər təşkil olunur, vətəndaşların müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır. Təqdirəlayiq haldır ki, rayon rəhbərliyi vətəndaşları təkcə inzibati binada qəbul etməklə, səyyar görüşlərdə onlarla görüşməklə kifayətlənmir. İcra başçısı həm də şəhərdə vətəndaşların arasında olaraq onları dinləməyə də üstünlük verir.

Noyabrın 13-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Birinci Şıxlı kəndinin igid oğlu, Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş, əsgər Nəsibov Nicat Səməd oğlunun anasının qayğıları ilə maraqlanıb, onunla səmimi söhbət edərək dövlət olaraq hər zaman şəhid ailələrinin yanında olduğunu söyləyib.

Şəhid anası onlara göstərilən qayğıya görə ölkə başçısına və rayon rəhbərinə minnətdarlığını bildirib. Onunla olan bu səmimi görüşü, qayğıları ilə maraqlanmasını rayonda vətəndaş amilinin əsas götürülməsi kimi qiymətləndirib.


Geri qayıt