Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda icra başçısının noyabr ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü rayonun Aşağı Salahlı kəndində olub
Qazaxda icra başçısının noyabr ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü rayonun Aşağı Salahlı kəndində olubBu gün, 19:57 |
|
Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür. Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2026-cı ilin noyabr ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü rayonun Aşağı Salahlıkəndində yaşayan sakinlərlə olub. Noyabrın 12-də Qazax rayon Nizami Hüseynov adına Aşağı Salahlı kənd tam orta ümumtəhsil məktəbdə keçirilən səyyar görüşdə icra aparatının məsul şəxsləri,rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, əməkdaşları, kənd sakinləri iştirak ediblər.
Geri qayıt |