Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > Qazaxda kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş 2026-2030-cu illər Dövlət Proqramının icrası ilə əlaqədar görülmüş işlərin mövcud vəziyyəti müzakirə olunub
Qazaxda kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş 2026-2030-cu illər Dövlət Proqramının icrası ilə əlaqədar görülmüş işlərin mövcud vəziyyəti müzakirə olunubBu gün, 19:43 |
|
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da sözügedən Dövlət Proqramında əksini tapan məsələlərin icrasına həssaslıqla yanaşılır. Bu məqsədlə Qazax Rayon İcra Hakimiyyəti başçısının 15 iyul 2026-cı il tarixli 9-23/250 nömrəli Sərəncamı ilə Qazax rayonu üzrə “2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafı” ilə bağlı Qərargah yaradılıb və “İş Planı” təsdiq edilib. Noyabrın 12-də Qazaxda kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş 2026-2030-cu illər Dövlət Proqramının icrası ilə əlaqədar görülmüş işlərin mövcud vəziyyəti müzakirə olunub. Qazax Rayon İcra Hakimiyyətində keçirilən iclasda icra başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elxan Vəkilov, Mərkəzin əməkdaşları, Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsində sektor müdiri Xançoban Şahbazov, bir qrup sahibkar və fermer iştirak edib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək keçirilən iclasın məqsəd və əhəmiyyətindən danışıb. Rayon rəhbəri ölkə başçısının sədrliyi ilə cari ilin mayın 25-də keçirilən müşavirədə kənd təsərrüfatının inkişafı ilə bağlı səslənən fikirlərin, qarşıya qoyulmuş məqsədlərin hər kəs üçün bir yol xəritəsi olduğunu, bölgələrdə kənd təsərrüfatının inkişafı üçün hər bir sahibkarın töhfə verməli olduğunu bildirib. Rayon rəhbəri kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş 2026-2030-cu illər Dövlət Proqramının icrası ilə əlaqədar rayonda görülmüş işlərin mövcud vəziyyəti ilə maraqanıb. İcra başçısı həmçinin, qarşıda duran vəzifələr və görülməsi nəzərdə tutulan işlərlə əlaqədar aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Geri qayıt |