Əsas Səhifə > Manşet / Sosial > Qazaxda icra başçısı rayonda aparılan abadlıq işlərinə baxış keçirib
Qazaxda icra başçısı rayonda aparılan abadlıq işlərinə baxış keçiribBu gün, 17:49 |
|
Bu gün böyük bir tikinti meydançasını xatırladan Qazaxda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilir. Belə ki, evlərin dam örtükləri yenilənir, fasadı suvanaraq rənglənir, yeni hasar çəkilərək səki salınır, küçələr işıqlandırılır, bir sözlə, illərdir davam edən abadlıq-quruculuq işləri uğurla icra olunur. Noyabrın 11-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonda aparılan abadlıq işlərinə baxış keçirib. Rayon rəhbəri Ağköynək kəndinin ərazisindən keçən magistral yolun kənarında aparılan quruculuq işlərinin, eləcə də şəhərin Cəlil Məmmədquluzadə (Nəriman Nərimanovdan Xanlıqlar kəndinə gedən ərazi) küçəsində, Əliağa Şıxlinski, Aslan Kəmərli küçələrində, eləcə də Heydər Əliyev prospektində həyata keçirilən abadlıq işlərinin mövcud vəziyyəti ilə yerində maraqlanıb, aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. Ağköynək kəndinin ərazisindən keçən magistral yolun kənarında aparılan quruculuq işlərinə baxış
Cəlil Məmmədquluzadə (Nəriman Nərimanovdan Xanlıqlar kəndinə gedən ərazi) küçəsində aparılan quruculuq işləri
Dam örtüyü yenilənən Əliağa Şıxlinski ev 4 Dam örtüyü yenilənən Əliağa Şıxlinski ev 6 Dam örtüyü yenilənən Əliağa Şıxlinski ev 7 Dam örtüyü yenilənən Aslan Kəmərli 4
Dam örtüyü yenilənən Aslan Kəmərli 16
Dam örtüyü yenilənən Aslan Kəmərli 24 Heydər Əliyev prospektində həyata keçirilən abadlıq işləri Yeni işıqlandırma sistemi qurulan Firuddin bəy Köçərli (keçmiş Azadlıq küçəsi döngə 1) küçəsi Yeni işıqlandırma sistemi qurulan şəhid leytenant Mayis Yaqubov küçəsi Geri qayıt |