Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda vətəndaş qəbulları diqqətdə saxlanılır - FOTOLAR
Qazaxda vətəndaş qəbulları diqqətdə saxlanılır - FOTOLARDünən, 23:58 |
|
Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində, rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür. Onu da vurğulayaq ki, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakimiyyətinin inzibati binasında və yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Keçirilən qəbullardan sonra rayon İcra Hakimiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən, qəbullar zamanı edilən müraciətlər, vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir. 2026-cı ilin oktyabr ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının yerlərdə 4 səyyar görüşü, inzibati binada 13 qəbulu (9-u fərdi, 4-ü ümumi olmaqla) təşkil olunub. Ümumi qəbulda 29 nəfərin, fərdi qəbulda 18 nəfərin müxtəlif məzmunlu müraciətləri dinlənilmişdir. Oktyabr ayı ərzində fərdi qəbulda 18 nəfər tərəfindən 21 məsələ, ümumi qəbula gələn 29 nəfər tərədindən 32 məsələ, ümumilikdə, 47 nəfər tərəfindən 53 məsələ qaldırılmışdır. 2026-cı ilin yanvar-oktyabr aylarındainzibati binada 121 qəbul (82-si fərdi, 39-u ümumi olmaqla) təşkil olunub. Ümumi qəbulda 308 nəfərin, fərdi qəbulda 258 nəfərin müxtəlif məzmunlu müraciətləri dinlənilmişdir. Yanvar-oktyabr ayları ərzində fərdi qəbulda 258 nəfər tərəfindən 287 məsələ, ümumi qəbulda 308 nəfər tərədindən 340 məsələ, ümumilikdə, 566 nəfər tərəfindən 627 məsələ qaldırılmışdır. Qəbul zamanı vətəndaşlar əsasən işlə təmin olunmasına, mənzil, sığınacaq, torpaq, əlillik dərəcəsinin təyini və ünvanlı sosial yardım, maddi yardım, müalicə olunmasına köməklik göstərilməsi ilə bağlı müraciət etmişdir. 2026-cı ilin oktyabr ayında Qazax şəhəri, rayonun Hüseynbəyli, Qarapapaq, Fərəhli kəndləri üzrə 4 səyyar görüş keçirilmişdir. Keçirilən səyyar görüşlərdə 337 nəfər vətəndaş iştirak etmişdir. Sözügedən görüşlərdə 9 məsələ qaldırılmışdır. 2026-cı ilin yanvar-oktyabr aylarında Qazax şəhəri, rayonun Daş Salahlı, Hüseynbəyli, Aslanbəyli, Birinci Şıxlı, Qarapapaq, Çaylı, Aşağı Salahlı, Canalı, Dəmirçilər, Qazaxbəyli, Məzəm, İkinci Şıxlı, Xanlıqlar, Alpout, Orta Salahlı, Kəmərli, Ağköynək, Cəfərli, Abbasbəyli, Ürkməzli, Bala Çaylı, Quşçu Ayrım, Bala Cəfərli, Qaymaqlı, Yuxarı Salahlı, Kosalar, Fərəhli kəndləri üzrə 40 səyyar görüş keçirilmişdir. Keçirilən səyyar görüşlərdə 3705 nəfər vətəndaş iştirak etmişdir. Sözügedən görüşlərdə 114 nəfər vətəndaş tərəfindən 91 məsələ qaldırılmışdır. Görüşlər zamanı sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində lazımi addımlar atılıb. İstər keçirilən fərdi və ümumi qəbullar, istərsə də səyyar görüşlər zamanı səslənən müraciətlərdən bir qismi həll olunmuş, bir qismi icraata götürülmüş, bir qismi ilə əlaqədar aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edilmişdir. Səyyar qəbullarda İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, digər rəhbər şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallar iştirak edib. Məlumat üçün qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr ayları ərzində inzibati binada 151 qəbul (103-ü fərdi, 48-i ümumi olmaqla) təşkil edilib. Yanvar-dekabr ayı ərzində fərdi qəbulda 228, ümumi qəbulda 324 nəfər iştirak etmişdir. Yanvar-dekabr ayı ərzində fərdi və ümumi qəbula gələn 552 nəfər tərəfindən 611 məsələ dinlənilmişdir. Qəbul zamanı vətəndaşlar əsasən işlə təmin olunmasına, mənzil, sığınacaq, torpaq, əlillik dərəcəsinin təyini və ünvanlı sosial yardım, maddi yardım, müalicə olunmasına köməklik göstərilməsi ilə bağlı müraciət etmişdir. 2025-ci ilin yanvar-dekabr aylarında Qazax şəhəri Zeynalabdin Tağıyev, Səməd Vurğun, Mehdi Hüseyn, Aslan Kəmərli, Məhəmməd Əmin Rəsulzadə, Bakı, Hüseyn Arif (Hərbi şəhərcik), Ə.Şıxlinski küçələri, Bakı 1,2,2A, Nəriman Nərimanov yaşayış massivi, Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış qəsəbə, Ürkməzli, Alpout, Xanlıqlar, Kəmərli, Quşçu Ayrım, Cəfərli, Qaymaqlı, Bala Çaylı, Yuxarı Salahlı, Qazaxbəyli, Fərəhli,Məzəm, Kosalar, Qarapapaq, Orta Salahlı, Abbasbəyli, Hüseynbəyli, Aslanbəyli, Birinci Şıxlı, Aşağı Salahlı, İkinci Şıxlı, Canalı, Daş Salahlı, Çaylı, Dəmirçilər,Ağköynək kəndləri üzrə 48 səyyar görüş keçirilmişdir. Keçirilən səyyar görüşlərdə 4893 nəfər vətəndaş iştirak etmişdir. Sözügedən görüşlərdə 102 məsələ qaldırılmışdır. Fərdi şəkildə keçirilmiş qəbuldan
Ümumi şəkildə keçirilmiş qəbuldan
Hüseynbəyli kəndində keçirilmiş səyyar qəbuldan
Qarapapaq kəndində keçirilmiş səyyar qəbuldan
Fərəhli kəndində keçirilmiş səyyar qəbuldan
Qazax şəhərində keçirilmiş səyyar qəbuldan
Geri qayıt |