Əsas Səhifə > Manşet / Gənclər > Qazaxda 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü ərəfəsində Vətən müharibəsi iştirakçıları ilə gənclərin görüşü təşkil edilib
Qazaxda 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü ərəfəsində Vətən müharibəsi iştirakçıları ilə gənclərin görüşü təşkil edilibBu gün, 17:26 |
|
Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günükimi təntənəli şəkildə qeyd edilir. Ölkə Prezidentinin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 8-i həm də Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 8 Noyabr – Zəfər Günü silsilə tədbirlərlə qeyd edilir. Noyabrın 3-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünün qeyd olunması ilə bağlı Tədbirlər Planına uyğun olaraq “Vətən müharibəsi Qəhrəmanları ilə bir gün” - müharibə iştirakçılarının gənclərlə görüşü təşkil edilib. Qazax Ədəbiyyat Muzeyində təşkil olunmuş görüşün məqsədi gənclərə Vətən müharibəsində əldə olunan tarixi Zəfər haqqında məlumat vermək, qəhrəman qazilərimizin döyüş yolu və xatirələrini gənc nəsillə bölüşmək, vətənpərvərlik ruhunu daha da yüksəltmək olub. 3-cü dərəcəli “Rəşadət” ordeni, “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, 3-cü dərəcəli Vətən müharibəsi əlili, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, ehtiyatda olan kapitan Çobanov Samir Natik oğlu, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2 dəfə “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, Vətən müharibəsi iştirakçısı. ehtiyatda olan polkovnik-leytenant Mustafayev İsgəndər Osman oğlu, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş 2-ci dərəcəli Vətən müharibəsi əlili, ehtiyatda olan mayor Əliyev Xəyyam Şadət oğlu, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Suqovuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Göyüşov Amil Niftalı oğlu, “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan leytenant Carçıyev Elvin Rasim oğlu, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, 3-cü dərəcəli Vətən müharibəsi əlili, ehtiyatda olan baş-leytenant Müzəffərov Ceyhun Habil oğlu, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, 3-cü dərəcəli Vətən müharibəsi əlili, ehtiyatda olan leytenant Vəliyev Tural İsa oğlu, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, Vətən müharibəsi iştirakçısı, gizir Hüseynov Xəqani Qəhrəman oğlu, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, 3-cü dərəcəli Vətən müharibəsi əlili, ehtiyatda olan gizir Mustafayev Sərvaz Məqsəd oğlu, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan baş gizir Rzayev Məhəmməd Zərmayıl oğlu gənclərlə görüşüblər. Gələcəyimiz olan gənclərlə təşkil olunmuş görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, KİV nümayəndələri iştirak ediblər. Görüş iştirakçıları əvvəlcə Muzeyin foyesində qəhrəman şəhidlərimizin, igid Vətən oğullarının əziz xatirəsini əbədiləşdirən kitablardan ibarət sərgi ilə tanış olublar.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla ehtiramla yad edilib.
Görüşdə iştirak edən qazilərimiz və müharibə iştirakçıları çıxış edərək gəncləri salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi ürək sözlərini bölüşüblər.6 il əvvəl 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbədən, şanlı Zəfərdən söz açıb, keçdikləri keşməkeşli, çətin, çətin olduğu qədər də qürur dolu anlarla yaddaşlara yazılan döyüş yollarından, şəhidlərimizin, qazilərimizin döyüş meydanındakı qəhrəmanlıqlarından, şücaətindən, xalqımızın mərdliyindən, qorxmazlığından, Müzəffər Ali Baş Komananın ətrafında bir yumuruq tək birləşmələrindən, ordumuzun, əsgərlərimizin yanında necə mətn dayanmalarından, xalq-ordu birliyindən danışıblar. Şəhidlərimizin qanı, canı, qazilərimizin sağlamlığı bahasına qazandığımız şanlı Zəfəri, Qələbəni qorumağın, gələcək nəsillərə tanıtmağın, şəhidlərimizi yad etməyin, şəhid ailələriə və qazilərə qayğı göstərməyin hər bir vətəndaşın borcu olduğunu dilə gətiriblər. Gənclərin vətənpərvər, xalqına, millətinə, Vətəninə layiqli vətəndaş, gənclər kimi yetişməsində bu cür görüşlərin böyük əhəmiyyət daşıdığını vurğulayılar. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən qayğıdan söz açan müharibə iştirakçıları, bu gün həmin qayğının Qazaxda da olduğu kimi davam etdirildiyini diqqətə çatdıraraq buna görə rayon rəhbərliyinə razılıqlarını dilə gətiriblər. Gənclərlə olan bugünkü görüşün unudulmaz anlarla yadda qaldığını qeyd edən qazilərimiz onlara tövsiyələrini verib, gələcək həyatlarında uğurlar arzulayıblar. Gənclərlə olan mənalı, yaddaqalan görüşün təşkilinə görə rayon rəhbərliyinə razılıq ediblər. Diskusiya formatında davam edən görüşdə müharibə iştirakçıları gənclərin suallarını cavablandırıb, döyüş xatirələrini onlarla bölüşüb, gənclərə vətənpərvər olmağı, peşəsindən, kimliyindən asılı olmayaraq vətəndaşlıq borcunu layiqincə yerinə yetirərək qalib Azərbaycanın adını hər zaman uca tutmağı tövsiyə ediblər. Sonda xatirə şəkli çəkdirilib.
Geri qayıt |