Əsas Səhifə > Manşet / Sosial > Hərbiçi ailələrinin yaşadığı çoxmənzilli binalar təmir olunur
Hərbiçi ailələrinin yaşadığı çoxmənzilli binalar təmir olunur5-04-2018, 18:32 |
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün şəhərin “Hərbi şəhərcik” adlanan yaşayış massivinə gələrək burada çoxmənzilli binalarda aparılan təmir-bərpa işləri ilə tanış olub. Rayon rəhbərliyi 2018-ci ilin əvvəllərində bu ərazidə olaraq hərbiçi ailələrinin yaşadığı 4 çoxmənzilli binanın, eləcə də çoxmənzilli mehmanxana binasının əsaslı şəkildə təmir olunması barədə göstəriş vermişdi. Qeyd etmişdi ki, bu binalar qısa müddətdə yüksək səviyyədə təmir olunacaq, hərbiçi ailələri üçün lazımi şərait yaradılacaqdır. Həmin tapşırığa əsasən qeyd olunan binalarda artıq təmir işləri görülür. İcra başçısı Rəcəb Babaşov 192 ailənin yaşadığı Hüseyn Arif küçəsində yerləşən 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarını, eləcə də hərbi mehmanxana binasını gəzərək görülən təmir işləri ilə yerində tanış olub, tapşırıq və tövsiyələrini verib. Rayon rəhbərliyi binalara baxarkən burada yaşayan sakinlərlə görüşüb onlarla səmimi söhbət edib. Sakinlər yaşadıqları binalarda təmir işləri aparıldığına və onlar üçün yüksək şərit yaradıldığına görə Ölkə Başçısı İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Hərbiçi ailələrinə diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar. Elçin İSMAYIL Geri qayıt |