Əsas Səhifə > Manşet / Sosial > Qazaxda şəhər ərazisində məişət tullantılarının atılması üçün yeni konteyner ayrılıb
Qazaxda şəhər ərazisində məişət tullantılarının atılması üçün yeni konteyner ayrılıbBu gün, 18:05 |
|
Şəhərin təmizliyinin qorunub saxlanılması istiqamətində həyata keçirilən tədbirlərdən biri də odur ki, tərtib olunmuş qrafik əsasında şəhərin prospekt və küçələrində gündəlik olaraq, səhər və axşam saatlarında təmizlik işləri aparılır. Qazax Kommunal Müəssisələri Kombinatının işçiləri tərəfindən məişət tullantılarının vaxtlı-vaxtında götürülməsi təmin edilir, təmizlik işlərinə nəzarət artırılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2026-cı il 07 may tarixli 307s nömrəli Sərəncamının və 2026-cı il 24 sentyabr tarixli D/O № 1-5/1-16872/2026 nömrəli tapşırığının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2026-cı il üzrə 30 ədəd məişət tullantıları üçün ayrlmış yeni konteyner Qazax Kommunal Müəssisələri Kombinatınatəhvil verilib. Bu gün şəhərin Məhəmməd Əmin Rəsulzadə küçəsi və adı çəkilən küçəyə bitişik ara küçələrdə yaşayan sakinlərin məişət tullantılarını atmaları üçün 10 ədəd konteyner qoyulub. Bundan əlavə, şəhərin Azadlıq küçəsində mərkəzi bazarın arxasında da tullantılar üçün 4 ədəd konteyner ayrılıb. Digər ərazilərə konteynerlərin qoyulması isə davam edir. Unutmayaq ki, şəhərimizi, yaşadığımız ərazini, eləcə də ətraf mühiti təmiz saxlamaq hər birimizin vətəndaşlıq borcu və vəzifəsidir!.
Geri qayıt |