|
Oktyabrın 26-da Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə Respublika Prezidentinin 27 fevral 2026-cı il tarixli 953 nömrəli Sərəncamına əsasən təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.1.13-cü yardımbəninin icrasını təmin etmək məqsədilə “İcra Hakimiyyətlərində kibermaarifləndirmə və süni intellektdən təhlükəsiz istifadə” mövzusunda təlim keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin inzibati binasında təşkil olunmuş təlimdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təyin edilmiş təlimçi, kibertəhlükəsizlik mütəxəssisi Nadir Cabbarlı, RİH başçısı aparatının əməkdaşları, RİH başçısının şəhər və kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndələri, Qazax Mənzil İstismar Sahəsinin və Qazax Şəhər Kommunal Müəssisələri Kombinatının məsul əməkdaşları, KİV nümayəndələri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev giriş sözü ilə çıxış edərək təlim iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Keçirilən təlimin əhəmiyyətindən söz açan birinci müavin təlimin təşkilatçılarına razılığını ifadə edib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təyin edilmiş təlimçi, kibertəhlükəsizlik mütəxəssisi Nadir Cabbarlı çıxış edərək iştirakçıları salamlayıb, göstərilən qonaqpərvərliyə və dəstəyə görə rayon rəhbərinə minnətdarlığını bildirib. N.Cabbarlı Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi tərəfindən təşkil olunmuş bugünkü təlimin əhəmiyyətini vurğulayaraq “Kibermaariflənmə və Süni intellekt bacarıqları” mövzusunda ətraflı məlumat verib.
Təlim öncəsi və sonrası yazılı sorğu keçirilərək iştirakçıların məlumatlılıq səviyyəsi qiymətləndirilib.






Geri qayıt
|