Əsas Səhifə > Manşet / Sosial > Qazaxda növbəti əmək yarmarkası keçirilib

Qazaxda növbəti əmək yarmarkası keçirilib


Bu gün, 20:04

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 23.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. 

Bu tədbirlər çərçivəsində oktyabrın 22-də Qazax Rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının təşkilatçılığı ilə növbəti əmək yarmarkası keçirilib.

Əmək yarmarkasında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının müdiri Elçin Nəsibov və filialın əməkdaşları, işsizlər, KİV nümayəndləri iştirak ediblər.

Əmək yarmarkasının təşkilində əsas məqsəd işaxtaran və işsiz şəxslərin müvafiq inzibati ərazi üzrə mövcud vakant iş yerləri haqqında məlumat əldə etməsi, onların aktiv məşğulluq tədbirlərinə cəlb olunması, habelə işəgötürənlərə qısa müddət ərzində zəruri peşəyə, ixtisasa və təcrübəyə malik kadrların seçimində köməklik göstərilməsindən ibarətdir. Həmçinin, əmək yarmarkasının keçirilməsində əsas məqsədlərdən biri də Qazax-Tovuz iqtisadi regionunda məşğulluq problemlərinin uğurlu həlli, savadlı, peşəkar və təcrübəli gənclərin ixtisas yönümlü karyerasının dəstəklənməsi, işsiz və işaxtaranlar üçün uyğun təcrübə imkanlarının yaradılmasının təmin edilməsidir.

Yarmarkaya 10 özəl müəssisə tərəfindən ümumilikdə, 74 boş iş yeri təqdim edilib. Boş iş yerləri üzrə işəgötürənlər tərəfindən təklif edilən əməkhaqqı 400-600 manat aralığında olub.

Yarmarkada 166 nəfər işsiz və işaxtaran şəxs qeydiyyatdan keçərək iştirak ediblər. İştirak edən işsiz və işaxtaran şəxslər sırasında müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər də yer alıblar. İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

 


Geri qayıt