Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı Ağköynək kəndində yol kənarında aparılan abadlıq işlərinin mövcud vəziyyəti ilə yerində tanış olub

İcra başçısı Ağköynək kəndində yol kənarında aparılan abadlıq işlərinin mövcud vəziyyəti ilə yerində tanış olub


Bu gün, 19:18

Ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları uğurla icra olunur ki, bu, bütün bölgələrdə abadlıq-quruculuq işlərinin geniş vüsət almasında mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının göstərdiyi diqqət və qayğı sayəsində son illər günü-gündən gözəlləşən Qazaxda aparılan abadlıq işlərindən bunu aydın şəkildə görmək olur. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması, küçələrin işıqlandırılması, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq Abad məhəllə kimi sakinlərin istifadəsinə verilməsi söylədiklərimizin bariz nümunəsidir.

Oktyabrın 21-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Ağköynək kəndinin ərazisindən keçən magistral yolun kənarında aparılan abadlıq işləri ilə əlaqədar yerində baxış keçirib. Rayon rəhbəri görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanaraq, görülmüş və görülməsi nəzərdə tutulan işlərlə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını verib.


Geri qayıt