|
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair çoxsaylı Dövlət Proqramları qəbul edilərək uğurla icra olunur. Məhz bu dövlət proqramları sayəsində respublikamızın bütün bölgələrində genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Görülmüş işlər nəticəsində nəinki paytaxt Bakı, eləcə də bütün şəhər və rayonlarımız gündən-günə müasirləşir, gözəlləşir, daha abad olur. Bunu son bir neçə ildə Qazaxın timsalında, rayonda aparılan abadlıq işlərindən aydın şəkildə görmək olur. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması, küçələrin işıqlandırılması, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq Abad məhəllə kimi sakinlərin istifadəsinə verilməsi söylədiklərimizin bariz nümunəsidir. Şəhərin Nəriman Nərimanov yaşayış massivində, Əliağa Şıxlinski küçəsində aparılan genişmiqyaslı quruculuq işləri dediklərimizin əyani sübutudur. Böyük bir tikinti meydançasını xatırladan Qazaxda həyata keçirilən abadlıq işləri bu gün də davam etdirilir.
Oktyabrın 20-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin Cəlil Məmmədquluzadə (Nəriman Nərimanovdan Xanlıqlar kəndinə gedən ərazi) küçəsində həyata keçirilən abadlıq işlərinin mövcud vəziyyəti ilə yerində tanış olub.










Geri qayıt
|