Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Qazaxda 1918-ci il azərbaycanlıların soyqırımı qurbanlarının anım mərasimi keçirilmişdir
Qazaxda 1918-ci il azərbaycanlıların soyqırımı qurbanlarının anım mərasimi keçirilmişdir3-04-2018, 11:01 |
QAZAX RESPUBLİKA MƏTBUATINDA Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və tədbir iştirakçıları şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi önünə gələrək soyqırımı qurbanlarının xatirəsini boyük ehtiramla yad etmiş, abidə önünə qərənfil dəstələri düzmüşlər.
Sonra Gənclər Mərkəzində "31 Mart” adlı kompozisiya göstərilmiş, məktəblilərin soyqırıma həsr edilmiş rəsmləri nümayiş olunmuş, "Mart soyqırımı” adlı sənədli film nümayiş etdirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək xalqımızın tarixinə qanlı faciə kimi yazılmış soyqırımından, ermənilərin xalqımıza qarşı törətdikləri dəhşətli qətliamlardan danışmışdır. Rəcəb Babaşov itirilmiş torpaqlarımızın geri qaytarılacağına, tarixi həqiqətlərin, ədalətin bərpa ediləcəyinə əmin olduğunu bildirmişdir. Hamlet QASIMOV,
"Xalq qəzeti”nin bölgə müxbiri 3 aprel 2018-ci il Geri qayıt |