Əsas Səhifə > Manşet / Sosial > Azadlıq 92 ünvanında yerləşən çoxmənzilli binada yaşayan sakinlər etdikləri müraciətin müsbət həllinə görə minnətdarlıq edirlər
Azadlıq 92 ünvanında yerləşən çoxmənzilli binada yaşayan sakinlər etdikləri müraciətin müsbət həllinə görə minnətdarlıq edirlərBu gün, 19:50 |
|
Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur. Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Ən əsası da vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Qazax Rayon İcra Hakmiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən edilən müraciətlər vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir.
“Hörmətli cənab başçı! Sizə 06.10.2026-cı il tarixində yaşadığımız Azadlıq küçəsi 92 saylı 5 mərtəbəli binanın bir qrup sakinləri tərəfindən binada yaranmış nöqsanlar barədə yazmış olduğumuz müraciətlə əlaqədar sizin aidiyyatı üzrə nümayəndələrə verdiyiniz tapşırıqlar tez bir zamanda öz həllini tapdı və görülən işlər yüksək səviyyədə yerinə yetirildi. Belə ki, müraciətdə göstərilən binanın zirzəmisinin təmizlənməsi, zirzəmidə olan su çələlərinin götürülməsi, zirzəmidə çökən hissələrin çınqıl şeben daşlarla doldurulması, kanalizasiya xəttinin təmizlənməsi, binanın dam örtüyündə olan ölmüş quşların götürülməsi, binanın giriş bloklarının, zirzəmisinin və dam örtüyünün dezinfeksiya işləri yerinə yetirildi. Odur ki, bina sakinləri adından etdiyimiz müraciətin tez bir vaxtda yerinə yetirilməsinə və göstərdiyiniz diqqətə görə sizə öz minnətdarlığımızı bildiririk”. Geri qayıt |