Əsas Səhifə > Manşet / Şəhidlər > İcra başçısı Vətən müharibəsi əlilinin anasının hüzr mərasimində iştirak edərək ailəsinə başsağlığı verib

İcra başçısı Vətən müharibəsi əlilinin anasının hüzr mərasimində iştirak edərək ailəsinə başsağlığı verib


Dünən, 23:25

6 il əvvəl 2020-ci ilin 27 sentyabr tarixi müstəqil Azərbhəkk olundu. Müdrik Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində Qarabağ işğaldan azad edildi, xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. 27 sentyabrdan başlayan Vətən müharibəsində qazandığımız Qələbə müzəffər ordumuzun əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində mümkün oldu. 44 günlük müharibədə döyüş meydanında misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Bu gün Azərbaycan qalib bir ölkə kimi bütün dünyaya səs salıbsa, şanlı ordumuzun gücü, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda müqəddəs üçrəngli bayrağımız dalğalanırsa, buna görə Ali Baş Komandana, canlarını fəda edən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə, əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalıyıq. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda aparılan mübarizədə əbədi zirvəyə ucalmış şəhidlərimizi tanıtmaq və yad etmək vətəndaş olaraq hər birimizin borcudur. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, sağlamlığını itirən qazilərimiz, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq. Göstərdikləri şücaətlərlə, qəhrəmanlıqlarla dövlətin, xalqın, yaşadıqları rayonun, kəndin, qəsəbənin, bütün Azərbaycanın adını ucaldan igid Vətən oğulları, şəhidlərimiz, qazilərimizlə bu gün hər birimiz fəxr edir, onlarla qürur duyuruq. Hərb tariximizə böyük Qələbəni yazdıran, canlarından keçərək Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara və ailələrinə bir ömür boyu minnətdarıq. Ən böyük amalımız, işimiz, vəzifəmiz şəhidlərimizi, qazilərimizi tanımaq və tanıtmaqdır...

44 günlük Vətən müharibəsində qazanılan Qələbədə, Zəfərdə payı olan igid oğullarımızdan biri də 2-ci dərəcəli Vətən müharibəsi əlili gizir Məmmədrzayev Muraz Elman oğludur. Muraz Məmmədrzayev 25.12.1978-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olub. 1985-ci ildə Dəmirçilər kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinfinə daxil olub, 1995-ci ildə həmin məktəbin 10-cu sinfini bitirib. 1997-ci ilin yanvar ayından 1998-ci ilin iyul ayına qədər həqiqi hərbi xidmətdə olub. 2003-cü ilin fevral ayından N saylı hərbi hissələrdə gizirrütbəsində xidmət edib. 17.10.2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə sağ çiynindən yaralanıb. Hərbi hissədən tərxis olub. 25.06.2021-ci il tarixdə II qrup əlillik dərəcəsi təyin edilib. Respublika Prezidentinin müvafiq Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib. Azərbaycan Respublikası Baş nazirinin müvafiq Sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.

Oktyabrın 12-də qəhrəman qazimizin anası Məmmədrzayeva Alya Qasım qızı dünyasını dəyişib. Mərhum oktyabrın 13-də Dəmirçilər kənd qəbiristanlığında dəfn edilib.

Oktyabrın 15-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Dəmirçilər kəndində olub, qazimizin anasının hüzr mərasimində iştirak edərək mərhumun vəfatı ilə əlaqədar ailəsinə başsağlığı verib. İcra başçısı Rəcəb Babaşov mərhum Alya Məmmədrzayevanın vəfatından kədərləndiyini bildirib, yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verib. İcra başçısı ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu vurğulayıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü, şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib.


Geri qayıt