Əsas Səhifə > Manşet / Sosial > Qazaxda icra başçısı bu gün “Əriklik” adlanan ərazidə vətəndaşların müraciətini dinləyib
Qazaxda icra başçısı bu gün “Əriklik” adlanan ərazidə vətəndaşların müraciətini dinləyibDünən, 21:15 |
|
Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, şəhər və kəndlərdə səyyar görüşlər təşkil olunur, vətəndaşların müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır. Təqdirəlayiq haldır ki, rayon rəhbərliyi vətəndaşları təkcə inzibati binada qəbul etməklə, səyyar görüşlərdə onlarla görüşməklə kifayətlənmir. İcra başçısı həm də şəhərdə vətəndaşların arasında olaraq onları dinləməyə də üstünlük verir. Oktyabrın 14-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və xidmət sahələrinin rəhbərləri ilə birlikdə şəhərin Nəsrəddin Tusi küçəsinin kəsişməsində “Əriklik” adlanan ərazidə olub, həmin ərazidə yerləşən küçələrdə yaşayan vətəndaşlarla görüşüb, onların müxtəlif məzmunlu müraciətini dinləyərək müvafiq olaraq cavablandırıb. Rayon rəhbərinin sözügedən ərazidə yerləşən küçələrin qreyderlə hamarlanması, küçələrin işıqlandırılması, qaz, elektrik, su, küçələrdə təmizlik işlərinin aparılması istiqamətində aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verməsi rayonda vətəndaş amilinin əsas götürülməsinə xidmət edir. Sakinlər onlara göstərilən qayğıya görə ölkə başçısına və rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər. Onlarla olan bu səmimi görüşü, müraciətlərini dinləməsini rayonda vətəndaş amilinin əsas götürülməsinin bariz nümunəsi kimi dəyərləndiriblər.
Geri qayıt |