Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı işıqlandırılması nəzərdə tutulan küçəyə baxış keçirib

İcra başçısı işıqlandırılması nəzərdə tutulan küçəyə baxış keçirib


Bu gün, 13:06

Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amilinin, vətəndaş məmnunluğunun dayanması hər bir dövlət məmuruna nümunədir. Ən əsası da bu, ölkə başçısının verdiyi bütün tapşırıq və tövsiyələrdə əksini tapır ki, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həll olunmasına xidmət edir. 

Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur.

Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Ən əsası da vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Qazax Rayon İcra Hakmiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən edilən müraciətlər vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir.

Oktyabrın 14-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun şəhərin Molla Pənah Vaqif küçəsində yaşayan bir qrup sakinin yaşadıqları küçənin işıqlandırılması ilə bağlı müraciətinə əsasən yerində baxış keçirməsi, sözügedən məsələnin müsbət həlli istiqamətində lazımi addımların atılması, adı çəkilən küçədə dayaq basdırılaraq konsol tipli xarici LED küçə işığı (kobra) qoyulması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verməsi rayonda vətəndaş amilinin əsas götürülməsininbariz nümunəsidir.

Sakinlər onlara göstərilən qayğıya, eləcə də müraciətlərinə baxılmasına görə razılıq edir, bütün bunlara görə ölkə başçısına və rayon rəhbərinə minnətdarlıqlarını bildirirlər.


Geri qayıt