Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı şəhərdə fəaliyyət göstərən çörəkbişirmə sexində olub

İcra başçısı şəhərdə fəaliyyət göstərən çörəkbişirmə sexində olub


Bu gün, 21:06

Bu gün tam əminliklə deyə bilərik ki, ölkə prezidenti İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazax rayonunda hər bir sahə üzrə ön plana çəkilir. Görülən hər bir işdə, atılan hər bir addımda vətəndaş mövqeyi, sakinlərin rahatlığı, onların istəyi üstün tutulur. Vətəndaşların sağlamlığının və təhlükəsizliyinin qorunması, əhalinin yüksək keyfiyyətli ərzaq məhsulları ilə təmin olunması da bu siyasətin ən başlıca istiqamətlərindən biridir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rəhbər kimi fəaliyyətə başladığı ilk gündən ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amilini ön plana çəkərək əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin olunması ilə bağlı məsələni də daim nəzarətdə saxlayır, bu istiqamətdə əməli işlər görür.

Oktyabrın 9-da icra başçısı Rəcəb Babaşov şəhərdə fəaliyyət göstərən “Çörəkçi” adlı çörəkbişirmə sexində olub. Sexdəki mövcud vəziyyətlə tanış olan icra başçısı sakinlərə göstərilən xidmət və təklif olunan çörəyin keyfiyyəti ilə maraqlanıb. Keçirilən baxış zamanı çörəyin necə bişirilməsi, işçilərin gigiyena və antisanitariya qaydalarına əməl etməsi, obyektdə səliqə-sahman yaradılması, sakinlərə göstərilən xidmət və təklif olunan çörəyin keyfiyyətinin yüksək səviyyədə olması barədə irad bildirərək bəzi tapşırıqlar verib.

 


Geri qayıt