Əsas Səhifə > Manşet / Sosial > Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilibDünən, 20:47 |
|
Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur. Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Ən əsası da vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Qazax Rayon İcra Hakmiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən edilən müraciətlər vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir. Şəhərin Süleyman Rüstəm, Musa Məmmədov, Fərid Nəbiyev, Ramin Hüseynov küçələrində yaşayan sakinlərin yaşadıqları küçələrin işıqlandırılması ilə bağlı müraciətlərinin müsbət həllini tapması, sözügedən küçələrin işıqlandırılması rayonda vətəndaş amilinin əsas götürülməsininbariz nümunəsidir. Adları çəkilən küçələrdə dayaq basdırılaraq konsol tipli xarici LED küçə işığı (kobra) qoyularaq küçənin işıqlanmasının təmin edilməsi, həmçinin, şəhər Bələdiyyəsi tərəfindən Fərid Nəbiyev, Ramin Hüseynov küçələrinə şeben tökülməsi vətəndaşlara göstərilən növbəti qayğıdır. Sakinlər onlara göstərilən qayğıya, eləcə də müraciətlərinə operativ şəkildə baxılmasına razılıq edərək buna görə ölkə başçısına və rayon rəhbərinə minnətdarlıqlarını bildirirlər. Yaşadıqları küçənin qısa vaxtda işıqlandırılmasına görə rayon rəhbərliyinə və əziyyəti keçən insanlara təşəkkürlərini ifadə edirlər. Süleyman Rüstəm küçəsi
Musa Məmmədov küçəsi
Fərid Nəbiyev küçəsi
Ramin Hüseynov küçəsi
Geri qayıt |