Əsas Səhifə > Manşet / Şəhidlər > Qazax RİH-də keçirilən fərdi qəbulda icra başçısı şəhid atasının və vətəndaşların müraciətini dinləyib
Qazax RİH-də keçirilən fərdi qəbulda icra başçısı şəhid atasının və vətəndaşların müraciətini dinləyibDünən, 20:24 |
|
Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır. Oktyabrın 7-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qaymaqlı kəndinin igid oğlu, Birinci Qarabağ müharibəsi şəhidi Bəşirov Ədilxan Əmirxan oğlunun atasını, eləcə də Qazax şəhərindən, rayonun Kosalar və İkinci Şıxlı kəndlərindən müraciət etmiş vətəndaşları fərdi qəbul edib, onların müxtəlif məzmunlu müraciətini dinləyərək müvafiq olaraq cavablandırıb.
Geri qayıt |