Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda icra başçısı polkovnik Nemət Pənahovun dəfn mərasimində iştirak edərək ailəsinə başsağlığı verib

Qazaxda icra başçısı polkovnik Nemət Pənahovun dəfn mərasimində iştirak edərək ailəsinə başsağlığı verib


Bu gün, 20:12

Oktyabrın 4-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) ehtiyatda olan polkovniki Pənahov Nemət Hacı oğlu dünyasını dəyişib. Mərhum bu gün doğulub boya-başa çatdığı Qazax rayonunun Birinci Şıxlı kəndində torpağa tapşırılıb. 

Dəfn mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Azərbaycan Dövlət Sərhəd Xidmətinin, Dövlət Sərhəd Xidməti “Qazax” Əlahiddə Sərhəd diviziyasının komandiri, general-mayor Misir Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Rayon rəhbərliyi mərhum Nemət Pənahovun vəfatı ilə əlaqədar ailəsinə, yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət diləyiblər.



Geri qayıt