Əsas Səhifə > Manşet / Şəhidlər > Qazax RİH-də keçirilən fərdi qəbulda icra başçısı şəhid ailəsinin müraciətini dinləyib
Qazax RİH-də keçirilən fərdi qəbulda icra başçısı şəhid ailəsinin müraciətini dinləyibBu gün, 19:44 |
|
Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır. Oktyabrın 5-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb BabaşovBala Çaylı kəndinin igid oğlu, Vətən müharibəsi şəhidi, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş gizir Məmmədov Səbuhi Hümbət oğlunun anasını fərdi qəbul edib, onun müxtəlif məzmunlu müraciətini dinləyərək müvafiq olaraq cavablandırıb. Şəhid ailəsi hər zaman onlara göstərilən qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə razılığını ifadə edib.
Geri qayıt |