Əsas Səhifə > Manşet / Sosial > Vətəndaşın müraciətinə əsasən evində olan icra başçısı onlara qayğısını əsirgəməyib
Vətəndaşın müraciətinə əsasən evində olan icra başçısı onlara qayğısını əsirgəməyibBu gün, 19:04 |
|
Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur. Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Ən əsası da vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Qazax Rayon İcra Hakmiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən edilən müraciətlər vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun mütəmadi olaraq şəhərin Əliağa Şıxlinski küçəsi ev 5 ünvanında yaşayan, 1-ci qrup əlil Hacıyev İlham Şikayət oğlunun müraciətinə əsasən evində olması, imkansız ailə kimi onun qayğıları ilə maraqlanması, şəhər Bələdiyyəsi tərəfindən növbəti ərzaq yardımı verilməsi, ailənin daim nəzarətdə saxlanılması rayonda vətəndaş məmnunluğunun təmin olunması deməkdir. Vətəndaş İ.Hacıyev, eləcə də onun yaxınları onlara göstərilən qayğıya və müraciətlərinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Məlumat üçün onu da qeyd edək ki, İlham Hacıyevin ailəsinə rayon rəhbərliyi tərəfindən daim diqqət və qayğı göstərilib. 2019-cu ildə rayon rəhbəri onun yaşadığı evin təmiri ilə bağlı yerində baxış keçirib, evin mövcud vəziyyəti, ailənin yaşayış şəraiti ilə yaxından tanış olub. Rayon rəhbərliyinin dəstəyi əsasında vətəndaşın yaşadığı evin dam örtüyü tamamilə yenilənib, otaqlarda döşəmə dəyişdirilib, köhnə qapılar yenisi ilə əvəz olunub, pəncərələrin şüşələri yenilənib, həyətə çınqıl döşənib, giriş hissəyə, evin qarşısına beton tökülüb və digər təmir-bərpa işləri aparılıb. Geri qayıt |