Əsas Səhifə > Manşet / Təhsil > “Tovuz Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ-in Qazax korpusunun tələbələri və rayonda peşə siniflərində təhsil alan şagirdlərlə görüş keçirilib

“Tovuz Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ-in Qazax korpusunun tələbələri və rayonda peşə siniflərində təhsil alan şagirdlərlə görüş keçirilib


Bu gün, 19:56

Sentyabrın 30-daQazax Rayon İcra Hakimiyyəti, Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil sektoru, “Tovuz Dövlət Peşə Təhsil Mərkəzi” Publik Hüquqi Şəxsin Qazax korpusunun birgə təşkilatçılığı ilə rayonda peşə siniflərində təhsil alan tələbə və şagirdlərlə görüş keçirilib.

Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbdə rayonda peşə siniflərində təhsil alan şagirdlərlə, Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseydə “Tovuz Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ-in Qazax korpusunun tələbələri ilə görüştəşkil olunub.

Görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Məşğulluq filialının müdiriElçin Nəsibov, Qazax rayonu üzrə təhsil sektorunun müdiriİslam Carçıyev, “Tovuz Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ-in Qazax korpusunun rəhbəriNicat Göyüşov, sözügedən təşkilatların əməkdaşları, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin, Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd tam orta ümumtəhsil məktəbin, Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta ümumtəhsil məktəbin, Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta ümumtəhsil məktəbin müəllim və şagirdləri, “Tovuz Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ-in müəllim və tələbələri, könüllülər iştirak ediblər.

Rayon rəhbərliyi əvvəlcə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbdə komputer, dərzi, qənnadı, un məmulatları üzrə nəzərdə tutulmuş peşə təhsili siniflərində olub, şagirdlərin əl işlərinə baxış keçiriblər.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sekorunun baş məsləhətçisi Gülnar Quluyeva çıxış edərək tələbə və şagirdləri salamlayıb, keçirilən görüşün əhəmiyyətindən söz açıb. G.Quluyeva bildirib ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri də əmək bazarında mövcud vəziyyəti izləmək, peşə və ixtisaslar üzrə çağırışlara uyğun təkliflər vermək, vətəndaşlar, xüsusilə yeniyetmə və gənclər arasında müasir əmək bazarının tələbləri, zəruri peşə və ixtisaslar barədə maarifləndirmə, təbliğat işləri aparmaqdan ibarətdir. Bu istiqamətdə həyata keçirilən ardıcıl və sistemli fəaliyyətin davamı olaraq müasir əmək bazarında aktual olan peşə və ixtisasların tanıtım və təbliğatı məqsədilə hər il ölkənin 11 iqtisadi rayonu üzrə 12 müxtəlif şəhərdə “PeşəFest” layihəsi həyata keçirilir. O, layihənin 18 sentyabr - 22 oktyabr 2026-cı il tarixlərində respublikanın 12 şəhər və rayonlarında - Sumqayıt, Quba, Qax, Mingəçevir, Gəncə, Qazax, Bərdə, Saatlı, Masallı, Naxçıvan, Ordubad və Bakı şəhərlərində həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. Sözügedən layihənin Dövlət Məşğulluq Agentliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 02.10.2026-cı il tarixdə Qazax rayonunda həyata keçiriləcəyini diqqətə çatdırıb. G.Quluyeva tədbirin yüksək səviyyədə təşkili məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının 17 sentyabr 2026-cı il tarixli, 9-23/289 nömrəli Sərəncamı ilə 25 nəfərdən, eyni zamanda, Qazax RİH başçısının İƏD üzrə nümayəndələrindən, bələdiyyə sədrlərindən ibarət İşçi qrupunun yaradıldığını söyləyib. G.Quluyeva vurğulayıb ki, tədbirdə iştirak edəcək yeniyetmə və gənclər müasir əmək bazarının tələbləri ilə tanış olmaq imkanı qazanacaq, təqdim olunan peşələrin tanınmış mütəxəssisləri ilə görüşəcək, əyani şəkildə müvafiq peşə və ixtisasların incəlikləri ilə tanış olacaq, öz maraq və istəklərinə uyğun peşə seçimində məsləhət xidmətindən faydalana biləcəklər. Eyni zamanda, peşə təhsili alan vətəndaşlara peşə sahibi olmaqdan ötrü yeni iş yerlərinin açılmasına, avadanlıqlarla təmin edilməsinə, sıx peşəyə sahib olmasına, xidmət göstərəcək. Bu səbəbdən Qazax Rayon İcra Hakimiyyəti tərəfindən ilkin olaraq peşə siniflərində təhsil alan şagirdlər və tələbələrlə görüş təşkil edildiyini bildirib. G.Quluyeva “Tovuz Dövlət Peşə Təhsil Mərkəzi” Publik Hüquqi Şəxsin Qazax korpusunda 2026-2027-ci tədris ilində kadr hazırlığı aparılan ixtisas qrupları və tələbə sayı barədə məlumat verərək hazırda 132 nəfər oğlan, 47 nəfər qız olmaqla, ümumilikdə, 179 nəfər tələbənin təhsil aldığını bildirib. Aqroservis mütəxəssisi, dərzi, xalçaçı, telekommunikasiyada komputer texnikasının istismarı üzrə operator, aqroservis mütəxəssisi, üzümçülük və şərab ustası, qida və qeyri-qida məhsulları satıcısı, nəzarətçi-xəzinədar ixtisaslarına 9-cu sinifdən qəbul olaraq tələbələrin 3 il, geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, qənnadçı, şirniyyatçı, dülgər ixtisaslarına 11-ci sinifdən qəbul olaraq tələbələrin 1 il müddətinə təhsil aldıqlarını vurğulayıb. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək şagird və tələbələri, müəllimləri salamlayıb, səmimi ürək sözlərini səsləndirib. İcra başçısı peşə təhsilinin müəyyən bir sahədə ixtisaslı işçi qüvvəsinin hazırlanmasını təmin edən təhsil pilləsi olduğunu, bu təhsil pilləsinin şagirdlərin, tələbələrin peşə və texniki bilikləri, bacarıqları və səriştələri əldə etmələrini təmin edərək onları əmək bazarına hazırlaşdırdığını qeyd eidb. Peşə təhsili sistemində, şagirdlərin, tələbələrin həm nəzəri biliklər, həm də praktiki bacarıqlar əldə etdiklərini vurğulayıb. Bu təhsil növünün həm də iş həyatına inteqrasiya olunma müddətini qısaltmaq üçün nəzərdə tutulduğunu, peşə təhsilinin əsas məqsədinin işəgötürənlərin tələblərinə uyğun gələn kadrların hazırlanması və işsizlik səviyyəsinin azaldılması olduğunu söyləyib. Rayon rəhbəri peşə təhsilinin dövlət siyasətinin əsas hissəsi kimi mühüm əhəmiyyət daşıdığını, dövlət tərəfindən bu sahəyə xüsusi diqqət ayrıldığını diqqətə çatdırıb. Rayon rəhbəri şagirdlərə, tələbələrə sahəsindən asılı olmayaraq peşənin bütün incəliklərini dərindən öyrənməyi, peşəkar mütəxəssis kimi yetişməyi qarşıya məqsəd qoymağı tövsiyə edib. İcra başçısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 2 oktyabr 2026-cı il tarixdə keçirəcəyi “PeşəFest-2026” layihəsinin onlar üçün geniş imkanlar açacağını qeyd edərək gəncləri bu festivalda fəal iştirak etməyə dəvət edib.

Qazax-Tovuz Regional Məşğulluq filialının müdiri Elçin Nəsibov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, şagird və tələbələrlə olan görüşün əhəmiyyətini vurğulayıb. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən oktyabrın 2-də Qazaxda təşkil olunacaq “PeşəFest-2026” layihəsinin gənclər üçün açdığı imkanlardan bəhs edib. Qazax şəhər Heydər Əliyev adına parkda “Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil olunan festivalda iştirak edəcək yeniyetmə və gənclərin müasir əmək bazarının tələbləri ilə tanış olmaq imkanı qazanacağını, təqdim olunan peşələrin tanınmış mütəxəssisləri ilə görüşəcəklərini, əyani şəkildə müvafiq peşə və ixtisasların incəlikləri ilə tanış olacaqlarını, öz maraq və istəklərinə uyğun peşə seçimində məsləhət xidmətindən faydalana biləcəklərini qeyd edib. “PeşəFest-2026” çərçivəsində əmək bazarında aktual hesab edilən 11 peşə və ixtisas istiqamətləri üzrə barista, bərbər, tibb bacısı/tibb qardaşı, dənizçi, əşyaların interneti (Ağıllı texnologiyaların internet vasitəsi ilə məlumat mübadiləsi – IOT) üzrə mütəxəssis, uçuş mühəndisi, geyim üzrə dizayner, silah mühəndisi, SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) mütəxəssisi, kibertəhlükəsizlik mütəxəssisi, UI/UX dizayner (sayt, tətbiq dizayneri) sahələrin təqdim olunacağını bildirib. E.Nəsibov 2020-2026-cı illər üzrə avtoçilingər xidmətləri üzrə 22, avtoelektrik xidmətləri üzrə 8,avtodəmirçi xidmətləri və PDR (zədələrin boyasız təmiri) üzrə 1, avtomobil şinlərinin bərpası və təmiri xidmətləri üzrə 18,avtorazval xidməti üzrə 1, avtorəngsaz xidməti üzrə 8, avtotəmizləmə xidmətləri üzrə 16, avtoyağlama xidmətləri üzrə 2, ayaqqabı təmiri və istehsalı üzrə 1, broyler inkubatoru üzrə 16, dönərxana üzrə 1, döşəmə və parket cilalanması xidməti üzrə 7, kiçik dəmirçi sexi üzrə 14, kiçik dərzi sexi üzrə 35, kiçik dülgər sexi – 1 üzrə 25, kiçik foto atelye üzrə 14, kişi bərbərxanası üzrə 30, kombi ustası və sanitar qovşağın quraşdırılması xidməti üzrə 5, PVC qapı və pəncərə istehsalı üzrə 11, qadın gözəllik salonu üzrə 24, telefon təmiri üzrə 3, un məmulatları istehsalı üzrə 25, avto tornaçı (tokar) üzrə 1, dülgər-4 (Fugan) üzrə 9, kiçik dəmirçi sexi-2 üzrə 8, kiçik dülgər sexi-2 üzrə 3, kiçik dülgər sexi-3 üzrə 2, mebel-1 (Kəsmə) üzrə 2, mebel-2 (Bant vurma) üzrə 2, mebel-3 (Oyma işləri) üzrə 2, meyvə qurutma üzrə 2, ot üyütmə üzrə 1, musiqiçi üzrə 1, poliqrafiya xidmətləri üzrə 1, yun darama üzrə 2 olmaqla, ümumilikdə, 35 zərf paketi üzrə 323 nəfərə əmlak verildiyini diqqətə çatdırıb.

Qazax rayonu üzrə təhsil sektorunun müdiriİslam Carçıyev, “Tovuz Dövlət Peşə Təhsil Mərkəzi” Publik Hüquqi Şəxsin Qazax korpusunun rəhbəri Nicat Göyüşov çıxış edərək şagird və tələbələrlə olan bugünkü səmimi görüşə görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Ölkə başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən peşə təhsilinin hər zaman diqqət mərkəzində saxlanıldığını, bu sahədə təhsil alan gənclərə dövlət qayğısı göstərildiyini bildiriblər. Bu sahədə təhsil alan tələbələr, şagirdlər üçün geniş imkanlar yaradıldığını söyləyiblər. Rayon rəhbərliyinin gənclərlə olan bugünkü görüşünü, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən oktyabrın 2-də Qazaxda təşkil olunacaq “PeşəFest-2026” layihəsini həmin qayğının davamı kimi qiymətləndiriblər. Bu layihənin həyata keçirilməsində əziyyəti olan insanlara minnətdarlıqlarını bildiriblər.

Gənclərlə olan görüşdə onları narahat edən qayğılar dinlənilib, gənclər təkliflərini, səmimi ürək sözlərini səsləndiriblər.

Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbdə rayonda peşə siniflərində təhsil alan şagirdlərlə olan görüşdən

Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseydə “Tovuz Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ-in Qazax korpusunun tələbələri ilə olan görüşdən


Geri qayıt