Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı Ağköynək kəndində bir qrup vətəndaşın müraciətini dinləyib
İcra başçısı Ağköynək kəndində bir qrup vətəndaşın müraciətini dinləyibBu gün, 15:53 |
|
Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur. Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Ən əsası da vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Qazax Rayon İcra Hakmiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən edilən müraciətlər vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir. Sentyabrın 27-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Ağköynək kəndində yaşayan bir qrup vətəndaşın müraciətinə əsasən sözügedən kənddə olması, sakinlərin müraciətlərini dinləməsi rayonda vətəndaş məmnunluğunun təmin olunması deməkdir. Kənd sakinləri onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Geri qayıt |