Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Vətən müharibəsini simvolizə edən 44 rəsm əsəri nümayiş etdirilmişdir

Vətən müharibəsini simvolizə edən 44 rəsm əsəri nümayiş etdirilmişdir


Bu gün, 09:41

Respublika mətbuatı Qazax haqqında

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsindən 6 il ötür. Qazax Rayon İcra Hakimiyyəti və Qazax Dövlət Rəsm Qalereyası Vətən müharibəsini simvolizə edən 44 ədəd rəsm əsərindən ibarət sərginin nümayişinə başlamışdır.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini birdəqiqəlik sükutla yad etmişlər.

Sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək 44 günlük Vətən müharibəsinin altıncı ildönümü münasibətilə təşkil olunmuş sərginin əhəmiyyətindən, həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın haqq savaşında qazandığı uğurlardan danışmışdır. Qeyd etmişdir ki, 2020-ci ilin 27 sentyabrında başlanan müharibə 10 noyabrda Azərbaycan Ordusunun qələbəsi ilə başa çatmışdır. Bu, elə bir tarixi Qələbə olmuşdur ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında xalq olaraq şanlı ordumuzun cəbhədə qazandığı nailiyyətləri, dövlətimizin gücünü və qüdrətini bir daha dünyaya nümayiş etdirmişdir.

Sonra Bakı Dövlət Universitetinin Qazax filialının tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, Vətən müharibəsi şəhidi Xaliddin Nəsibovun atası Vaqif Nəsibov, polkovnik-leytenant Amil Göyüşov, Daş Salahlı kənd Sənətkarlıq Evinin müdiri Natəvan Mustafayeva çıxış edərək 44 günlük haqq savaşında əldə etdiyimiz tarixi qələbədən söhbət açmışlar.

Sabir ƏLİYEV,

"Azərbaycan" qəzetinin bölgə müxbiri

27 sentyabr 2026-cı il, səhifə 14

https://www.azerbaijan-news.az/az/posts/detail/veten-muharibesini-simvolize-eden-44-resm-eseri-numayis-etdirilmisdir-1790379142/402828


Geri qayıt