Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda 27 Sentyabr - Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
Qazaxda 27 Sentyabr - Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilibBu gün, 14:50 |
|
Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. 27 Sentyabr - Anım Günü ilə əlaqədar Qazax rayonunda da şəhidlərimizin xatirəsinə həsr olunmuş silsilə tədbirlər təşkil olunur. Sentyabrın 26-da Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 Sentyabr - Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
Aksiyada Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının məsul əməkdaşları, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, könüllülər iştirak ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş 27 Sentyabr - Vətən müharibəsi şəhidlərinin anım gününə ehtiram əlaməti olaraq təşkil edilən bu aksiya zamanı rayonun Xanlıqlar kəndi ərazisində 300 ədəd eldar şamı, şəhərin Heydər Əliyev parkında, Fəxri Qazaxlılar parkında, Şəhidlər Xiyabanında və “Qarabağ Azərbaycandır!” Abidə Kompleksində 250 ədəd gül kolları əkilib. Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri hər zaman olduğu kimi, bu dəfə də nümunəvi addımları ilə seçiliblər. Gənclər bu dəfə 27 Sentyabr - Anım Günü ilə əlaqədar keçirilən ağacəkmə aksiyasında iştirak etməklə kifayətlənməyiblər. Onlar həm də Şəhidlər Xiyabanında şəhidlərimizin şəkli əks olunmuş lövhələri silərək, xiyabanda təmizlik işləri apararaq igid Vətən oğullarına olan sosnuz ehtiramlarını bildiriblər. Şəhidlər Xiyabanı
Fəxri Qazaxlılar parkı
“Qarabağ Azərbaycandır!” Abidə Kompleksi
Geri qayıt |