Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > Qazax rayonunda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
Qazax rayonunda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilibBu gün, 14:24 |
|
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, Qazax Rayon İcra Hakimiyyəti, Aqrar Sığorta Fondu, digər aidiyyəti qurumların nümayəndələri, fermer və sahibkarlar iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonda kənd təsərrüfatının mövcud vəziyyəti, inkişaf perspektivləri və qarşıda duran vəzifələr barədə məlumat verib. İcra Hakimiyyətinin başçısı Dövlət Proqramının rayon üçün əhəmiyyəti, fermer və sahibkarlar üçün dövlət dəstəyinin önəmini qeyd edib. Həmçinin Kənd Təsərrüfatı Nazirliyi ilə Rayon İcra Hakimiyyəti arasında əlaqələndirilmiş fəaliyyətin vacibliyini vurğulayıb.
Müşavirədə quşçuluğun inkişafı, torpaqların konsolidasiyası, kənd təsərrüfatı kreditləri, toxum idxalı, üzümçülüyün və şərabçılığın inkişafı, kənd təsərrüfatında mövsümi işlərin təşkili və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda fermer və sahibkarların sualları cavablandırılıb, səsləndirilən təkliflər dinlənilib. Tədbirdən sonra nazir müavini Zaur Əliyev və rayon rəhbərliyi "İnvestel Group" MMC-nin əkin sahələri, fermer Natiq Məmmədova məxsus heyvandarlıq təsərrüfatı və rayon ərazisində yerləşən 2500 ton tutumlu soyuducu anbara baxış keçirib. Fermerlərlə keçirilən görüşlərdəəkin sahələrində müasir aqrotexniki qulluq qaydalarının tətbiqi, aqrar sahəyə dövlət dəstəyi tədbirləri, əkin subsidiyası, heyvandarlıq təsərrüfatlarında aparılan profilaktik peyvəndləmə tədbirləri, heyvanların saxlanma və bəslənmə şəraiti, yemləndirilməsi, fermerlərə göstərilən aqrar xidmətlər, həmçinin məhsulun saxlanması məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Təsərrüfatların daha da inkişaf etdirilməsi ilə bağlı müvafiq məsləhət və tövsiyələr verilib. https://www.agro.gov.az/az/news/250920261
Geri qayıt |