Əsas Səhifə > Manşet / Təhsil > Qazaxda icra başçısının bağçaya gedən balaca fidanla səmimi görüşü
Qazaxda icra başçısının bağçaya gedən balaca fidanla səmimi görüşü23-09-2026, 22:35 |
|
Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, şəhər və kəndlərdə səyyar görüşlər təşkil olunur, vətəndaşların müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır. Təqdirəlayiq haldır ki, rayon rəhbərliyi vətəndaşları təkcə inzibati binada qəbul etməklə, səyyar görüşlərdə onlarla görüşməklə kifayətlənmir. İcra başçısı həm də şəhərdə vətəndaşların arasında olaraq onları dinləməyə də üstünlük verir. Uşaqdan böyüyə hər kəsi dinləməyi, qayğıları ilə maraqlanmağı iş fəaliyyətinin tərkib hissəsi hesab edir. Sentyabrın 23-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun şəhərdə bağçaya gedən körpə fidanla olan səmimi görüşü, onunla olan maraqlı söhbəti, balacanın qayğıları ilə maraqlanması söylədiklərimizin bariz nümunəsidir. Balacanın valideyni onlara göstərilən qayğıya görə ölkə başçısına və rayon rəhbərinə minnətdarlığını bildirib. Onlarla olan bu səmimi görüşü rayonda vətəndaş amilinin əsas götürülməsi kimi qiymətləndirib.
Geri qayıt |