Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda icra başçısı şəhid Məmməd Mərdanovun ildönümündə əziz xatirəsini ehtiramla yad edib
Qazaxda icra başçısı şəhid Məmməd Mərdanovun ildönümündə əziz xatirəsini ehtiramla yad edib23-09-2026, 21:05 |
|
Sentyabrın 23-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Xanlıqlar kəndində olub, şəhidimizin evində ailəsini ziyarət edərək əziz xatirəsini ehtiramla anıb. Nə qədər ki, Azərbaycan xalqı var bütün şəhidlərimiz kimi, Məmməd Mərdanov da hər zaman yad olunacaq. Məmməd kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman Məmməd tək oğullarımızın cəsarətindən, qorxmazlığından örnək götürəcək.
Geri qayıt |