Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda icra başçısı şəhərdə bir qrup vətəndaşın müraciətini dinləyib

Qazaxda icra başçısı şəhərdə bir qrup vətəndaşın müraciətini dinləyib


Bu gün, 20:07

Cənab Prezident İlham Əliyev hər zaman çıxışlarında bütün sahələrdə vətəndaş amilinin əsas götürülməsini səsləndirir ki, bu, kəsə nümunə olmaqla yanaşı, həm də dövlət məmurlarına bir ismarıcdır. O vətəndaş amili ki, ölkə başçısının rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında məhz bu amil dayanır. Dövlət başçısının söylədiyi “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, həmişə bizim siyasətimizin ana xəttini müəyyən edən istiqamətdir. Çünki mən uzun illərdir deyirəm və bunu əməli işlərdə də biz görürük ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, sadəcə olaraq, şüar deyil. Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür” sözləri bu gün hər bir dövlət məmuru üçün iş fəaliyyətlərində bir yol xəritəsidir. Bu, ölkə başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğıda hər zaman hiss edilir. Ən əsası isə bu, hər bir dövlət məmuruna nümunə olmalıdır.

Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır.

Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, şəhər və kəndlərdə səyyar görüşlər təşkil olunur, vətəndaşların müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır. Təqdirəlayiq haldır ki, rayon rəhbərliyi vətəndaşları təkcə inzibati binada qəbul etməklə, səyyar görüşlərdə onlarla görüşməklə kifayətlənmir. İcra başçısı həm də şəhərdə vətəndaşların arasında olaraq onları dinləməyə də üstünlük verir.

Sentyabrın 18-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu dəfə şəhərdə “Qazax Avtovağzal” ASC-də olub, bir qrup vətəndaşla görüşüb, onlaragöstərilən xidmətlərlə maraqlanıb. Sakinlərlə səmimi söhbət edən icra başçısı şəhərdaxili və kəndarası marşrutlarda hərəkət qrafikinə nəzarətin artırılması, avtonəqliyyat vasitələri ilə təhlükəsiz sərnişin daşınmasına, marşrut qrafikinə, xətdə olarkən avtobusların sürət həddinə nəzarət olunması, marşrutların dayanacaqlarda saxlanılması, həmçinin, marşrutlarda təmizliyə riayət olunması ilə bağlı xəbərdarlıq edildiyini bildirib.

Sakinlər onlara göstərilən qayğıya görə ölkə başçısına və rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər. Onlarla olan bu səmimi görüşü, qayğıları ilə maraqlanılmasını, müraciətlərinin dinlənilməsini rayonda vətəndaş amilinin əsas götürülməsi kimi dəyərləndiriblər.


Geri qayıt