Əsas Səhifə > Manşet / Şəhidlər > İcra başçısı şəhidin həyat yoldaşının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib
İcra başçısı şəhidin həyat yoldaşının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı veribBu gün, 18:36 |
|
Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid, mərd oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid Vətən oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb. Birinci Qarabağ müharibəsində mənfur düşmənin qurbanı olan oğullardan biri də mülki şəhid Mollayev Alı Vəli oğludur. Şəhid Alı Mollayev 1 avqust 1956-cı ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1962-ci ildə Quşçu Ayrım kənd orta ümumtəhsil məktəbin 1-ci sinfinə daxil olmuş, 1973-cü ildə həmin orta məktəbi bitirərək ordu sıralarına yollanmışdır. 1973-1975-ci illərdə sovet ordu sıralarında xidmət etmişdir. Ordu sıralarından tərxis olduqdan sonra M.Ə.Sabir adına sovxozda fəhlə işləmişdir. 12 avqust 1998-ci ildə Quşçu Ayrım kəndinin ərazisində ermənilərin basdırdığı minaya düşərək şəhid olmuşdur. Ailəli idi. Sentyabrın 15-də şəhidimizin həyat yoldaşı Mustafayeva Zərifə Səyad qızı onkoloji xəstəlikdən vəfat etmişdir. Şəhidimizin həyat yoldaşı bu gün Quşçu Ayrım kənd qəbiristanlığında dəfn olunub.
Geri qayıt |