Əsas Səhifə > Manşet / Şəhidlər > İcra başçısı şəhid anasının müraciətini dinləyib

İcra başçısı şəhid anasının müraciətini dinləyib


Bu gün, 22:01

Cənab Prezident İlham Əliyev hər zaman çıxışlarında bütün sahələrdə vətəndaş amilinin əsas götürülməsini səsləndirir. O vətəndaş amili ki, ölkə başçısının rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında məhz bu amil dayanır. Dövlət başçısının söylədiyi “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, həmişə bizim siyasətimizin ana xəttini müəyyən edən istiqamətdir. Çünki mən uzun illərdir deyirəm və bunu əməli işlərdə də biz görürük ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, sadəcə olaraq, şüar deyil. Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür” sözləri bu gün hər bir dövlət məmuru üçün iş fəaliyyətlərində bir yol xəritəsidir. Bu, ölkə başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğıda hər zaman hiss edilir. Ən əsası isə bu, hər bir dövlət məmuruna nümunə olmalıdır.

Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır.

Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır.

Sentyabrın 15-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Birinci Qarabağ müharibəsi şəhidiAllahverənov Dursun Vəli oğlunun həyat yoldaşının müxtəlif məzmunlu müraciətini dinləyərək müvafiq olaraq cavablandırıb. Qeyd edək ki, Dursun Allahverənovun oğlu İmran Allahverənov da özü ilə birlikdə Aşağı Əskipara kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur.

Allahverənov Dursun Vəli oğlu18 iyul 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1955-ci ildə Aşağı Əskipara kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1965-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1967-ci ildən 1969-cu ilə qədər keçmiş SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. 1988-1992-ci illərdə Aşağı Əskipara kəndi istiqamətində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 21 mart 1992-ci ildə Aşağı Əskipara kəndi uğrunda gedən döyüşdə özü və oğlu Allahverənov İmran Dursun oğlu ilə birlikdə şəhid olmuşdur.

Allahverənov İmran Dursun oğlu 12 avqust 1974-cü ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1981-ci ildə Aşağı Əskipara kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1991-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. Məktəbi bitirdikdən sonra könüllü olaraq “N” saylı hərbi hissənin tərkibində Aşağı Əskipara kəndi istiqamətində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 21 mart 1992-ci ildə atası ilə birlikdə Aşağı Əskipara kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur.


Geri qayıt