Əsas Səhifə > Manşet / Şəhidlər > Qazax RİH-də keçirilən fərdi qəbulda icra başçısı şəhid ailəsinin və vətəndaşların müraciətini dinləyib
Qazax RİH-də keçirilən fərdi qəbulda icra başçısı şəhid ailəsinin və vətəndaşların müraciətini dinləyibBu gün, 21:42 |
|
Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır. Sentyabrın 14-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Xanlıqlar kəndnin igid oğlu, Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş çavuş İsgəndərov Pərvin Pərviz oğlunun ailəsini, Qazax şəhərindən, rayonun Canalı, Aslanbəyli, Qazaxbəyli, Çaylı, Dəmirçilər kəndlərindən, eləcə də Ağstafa şəhərindən müraciət etmiş vətəndaşları istəklərinə əsasən fərdi qəbul edib, onların müxtəlif məzmunlu müraciətini dinləyərək müvafiq olaraq cavablandırıb.
Geri qayıt |