Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı şəhərin Müseyib Allahverdiyev küçəsində yaşayan sakinlərin etdikləri müraciətin həlli istiqamətində görülmüş işlərlə yerində maraqlanıb
İcra başçısı şəhərin Müseyib Allahverdiyev küçəsində yaşayan sakinlərin etdikləri müraciətin həlli istiqamətində görülmüş işlərlə yerində maraqlanıbDünən, 22:49 |
|
Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur. Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Ən əsası da vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Qazax Rayon İcra Hakmiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən edilən müraciətlər vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir. Sentyabrın 3-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun şəhərin Müseyib Allahverdiyev küçəsində yaşayan bir qrup sakinin müraciətinə əsasən yerində baxış keçirməsi, sakinlərin yaşadıqları küçənin asfaltlanması və işıqlandırılması ilə bağlı müraciətlərini dinləməsi barədə məlumat vermişdik. Rayon rəhbəri səslənən məsələlərə həssaslıqla yanaşılacağını söyləyib, şəhərdə bir neçə küçənin asfaltlanmasının nəzərdə tutulduğunu, həmin küçələrdən birinin də məhz Müseyib Allahverdiyev küçəsi olduğunu diqqətə çatdırmışdı. Küçənin işıqlandırılması ilə bağlı məsələnin həlli istiqamətində isə aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını vermişdi. Bu, rayonda vətəndaş amilinin əsas götürülməsininbariz nümunəsidir. Bəli, təqdirəlayiq haldır ki, Müseyib Allahverdiyev küçəsində yaşayan sakinlərin küçənin işıqlandırılması ilə bağlı müraciəti şəhər Bələdiyyəsi tərəfindən artıq öz müsbət həllini tapıb. Küçəyə 20 ədəd dayaq basdırılaraq konsol tipli xarici LED küçə işığı (20 ədəd kobra) qoyularaq küçənin işıqlanması təmin edilib. Sentyabrın 13-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə sözügedən küçədə olub, görülmüş işlərin nəticəsi və küçənin işıqlanması ilə yerində maraqlanıb. Sakinlər onlara göstərilən qayğıya, eləcə də müraciətlərinə operativ şəkildə baxılmasına razılıq edərək buna görə ölkə başçısına və rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər. Yaşadıqları küçənin qısa vaxtda işıqlandırılmasına görə rayon rəhbərliyinə və əziyyəti keçən insanlara təşəkkürlərini ifadə ediblər.
Geri qayıt |