Əsas Səhifə > Manşet / Rəsmi > Qazax RİH-də sentyabr ayı üzrə keçirilən ümumi qəbulda icra başçısı şəhid ailələrinin və vətəndaşların müraciətini dinləyib
Qazax RİH-də sentyabr ayı üzrə keçirilən ümumi qəbulda icra başçısı şəhid ailələrinin və vətəndaşların müraciətini dinləyibBu gün, 15:20 |
|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ölkə Prezidentinin hər dəfə çıxışlarında səsləndirdiyi bu fikirlər, həmçinin söylədiyi “Hər bir dövlət məmuru xalqa xidmət etməli, bu yüksək məsuliyyəti və etimadı doğrultmalıdır!” sözləri hər bir dövlət məmuruna nümunə və örnək, eyni zamanda, bu həm də onların iş fəaliyyətində bir yol xəritəsi olmalıdır. Ən əsası da ölkə rəhbərinin bu fikrinin arxasında ölkəmizdə yürüdülən dövlət siyasəti və onun tərkib hissəsi olan vətəndaş amili, vətəndaş məmnunluğu dayanır. Bu, eyni zamanda onu göstərir ki, tutduğu vəzifədən və mövqeyindən asılı olmayaraq hər bir dövlət məmuru vətəndaşın yanında olmalı, onlara xidmət göstərməlidir. Ən əsası da odur ki, ölkəmizdə vətəndaş amilinin dövlət siyasətinin başlıca istiqaməti kimi bütün sahələrdə əsas götürülməsi dövlət başçısının, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğıda hər zaman əks olunur. Bu da hər bir dövlət məmuruna nümunə olmaqla bərabər, həm də onların iş fəaliyyətinin tərkib hissəsi olması deməkdir. Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqət mərkəzində saxlanılır. Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakimiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. 2026-cı ilin sentyabr ayı üzrə ilk ümumi qəbul ayın 11-də keçirilib. Daş Salahlı kəndinin igid oğlu, şəhid Cəbiyev Şahin Üzeyir oğlunun anasının,Barxudarlı kəndinin igid oğlu, mülki şəhid Məhərrəmov Səhlədar Süleyman oğlunun qızlarının, eləcə də Qazax şəhərindən, rayonun Məzəm, Qarapapaq, Canalı, Dəmirçilər, Orta Salahlı, Kəmərli, Çaylı, Quşçu Ayrım, Fərəhli, Xeyrımlı, Xanlıqlar kəndlərindən müraciət etmiş vətəndaşların istəyi idarə, müəssisə, xidmət sahələri rəhbərlərinin iştirakı ilə dinlənilib.
Qəbul zamanı vətəndaşların işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı müraciətinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına müraciət etməsi bildirilib. Məşğulluq Mərkəzində olan vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə müvafiq tapşırıq verilib. Qəbul zamanı vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb.
Geri qayıt |