Əsas Səhifə > Manşet / Şəhidlər > Qazax RİH-də keçirilən fərdi qəbulda icra başçısı şəhid ailələrinin və vətəndaşların müraciətini dinləyib
Qazax RİH-də keçirilən fərdi qəbulda icra başçısı şəhid ailələrinin və vətəndaşların müraciətini dinləyibDünən, 18:26 |
|
Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır. Sentyabrın 8-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə yüksələnCanalı kəndinin igid oğlu, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalıilə təltif olunmuş şəhid əsgər Nəsibov Akşin Vasif oğlunun valideynlərini, Yuxarı Salahlı kəndinin igid oğlu şəhid əsgər Əlləzov Əlləz Ələddin oğlunun atasını, eləcə də Qazax şəhərindən, rayonun Cəfərli və Ağköynək kəndlərindən müraciət etmiş vətəndaşları istəklərinə əsasən fərdi qəbul edib, onların müxtəlif məzmunlu müraciətini dinləyərək müvafiq olaraq cavablandırıb.
Geri qayıt |