Əsas Səhifə > Manşet / Şəhidlər > İcra başçısı şəhid anasını fərdi qəbul edərək müraciətini dinləyib
İcra başçısı şəhid anasını fərdi qəbul edərək müraciətini dinləyibBu gün, 18:55 |
|
Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır. Sentyabrın 7-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazaxın igid oğlu, Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”medalları ilə təltif olunmuş gizir Orucov Elvin Rövşən oğlunun anasını fərdi qəbul edib, onun müxtəlif məzmunlu müraciətini dinləyərək müvafiq olaraq cavablandırıb.
Geri qayıt |