Əsas Səhifə > Manşet / Şəhidlər > Qazax RİH-də keçirilən fərdi qəbulda icra başçısı şəhid ailələrinin və vətəndaşın müraciətini dinləyib

Qazax RİH-də keçirilən fərdi qəbulda icra başçısı şəhid ailələrinin və vətəndaşın müraciətini dinləyib


Dünən, 20:02

Cənab Prezident İlham Əliyev hər zaman çıxışlarında bütün sahələrdə vətəndaş amilinin əsas götürülməsini səsləndirir. O vətəndaş amili ki, ölkə başçısının rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında məhz bu amil dayanır. Dövlət başçısının söylədiyi “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, həmişə bizim siyasətimizin ana xəttini müəyyən edən istiqamətdir. Çünki mən uzun illərdir deyirəm və bunu əməli işlərdə də biz görürük ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, sadəcə olaraq, şüar deyil. Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür” sözləri bu gün hər bir dövlət məmuru üçün iş fəaliyyətlərində bir yol xəritəsidir. Bu, ölkə başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğıda hər zaman hiss edilir. Ən əsası isə bu, hər bir dövlət məmuruna nümunə olmalıdır.

Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır.

Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır.

Sentyabrın 3-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Məzəm kəndinin igid oğlu, Birinci Qarabağ müharibəsinin şəhidi Süleymanov Şahin Novruz oğlunun anasını, Cəfərli kəndinin igid oğlu, Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş, leytenant Nəsibov Nicat Qəşəm oğlunun valideynlərini, eləcə də Qazax şəhərindən və rayonun Qızılhacılı kəndindən müraciət etmiş vətəndaşı istəklərinə əsasən fərdi qəbul edib, onların müxtəlif məzmunlu müraciətini dinləyərək müvafiq olaraq cavablandırıb.


Geri qayıt